Azərbaycanda sanaotoriya sahibi Cahit Bağçıya məktub göndərdi:

Azərbaycanda sanaotoriya sahibi Cahit Bağçıya məktub göndərdi: "200 nəfəri təmənnasız qəbul etməyə hazıram”

Hazırda oxunan: Azərbaycanda sanaotoriya sahibi Cahit Bağçıya məktub göndərdi: "200 nəfəri təmənnasız qəbul etməyə hazıram”

119856

“Shahdag Guba & Truskavets Medical Sanatorium” müalicə-sanatoriya kompleksi qardaş Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə sanatoriyada xidmət göstərmək məqsədi ilə Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edib.

Bu barədə Bizim.Media-ya “Shahdag Guba & Truskavets Medical Sanatorium” müasir müalicə-sanatoriya kompleksinin sahibi - iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə məlumat verib.

O bildirib ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində minlərlə insanın həyatını itirməsi Azərbaycan xalqını kədərləndirir və ölkəmizdə hamı bu anlarda Türkiyə ilə nəfəs alır: 

“Hər bir Azərbaycan vətəndaşı təbii fəlakət qurbanlarına yardım əli uzatmaq üçün əlindən gələni etməyi özünə borc bilir.

Özəl sektor da yardım kampaniyasında aktiv iştirak edir. Bu baxımdan biz də “Shahdag Guba & Truskavets Medical Sanatorium” müasir müalicə-sanatoriya kompleksi olaraq ilkin olaraq, zəzələdə xəsarət alan 200 nəfərin təmənnasız reabilitasiyası üçün tam hazırıq.
Bununla əlaqədar olaraq Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət etmişik və cavab gözləyirik. Bizim üçün Türkiyədə baş verən təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına töhfə vermək böyük şərəfdir. Gələnlərin reabilitasiyası üçün bütün imkanlar səfərbər ediləcək.

Müalicə-sanatoriya kompleksinin həkim kollektivi ən müasir metodlardan istifadə etməklə həmin şəxslərin cəmiyyətə daha tez və rahat inteqrasiyası naminə var gücü ilə çalışacaqlar.

Ciddi stres keçirən, endikronoloji xəstəliklərdən, ürək çatımazlığından əziyyət çəkənlər, əzilənlərə və bir çox xəstəliklərlə bağlı xidmət göstərə bilərik. 175-dən çox fizioterapiya proseduralarımız var ki, onların hamısını təqdim edə bilərik”.
Təsisçi onu da qeyd edib ki, kurs müddəti gələcək insanların vəziyyətindən asılı olaraq, 14-21 gün ərzində davam edəcək.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO