"Naxçıvan" Universitetinin könüllüləri Türkiyəyə yardım üçün yolla düşdülər - VİDEO

Hazırda oxunan: "Naxçıvan" Universitetinin könüllüləri Türkiyəyə yardım üçün yolla düşdülər - VİDEO

119841

“Naxçıvan" Universitetinin könüllü tələbələri qardaş ölkədə baş verən və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən zərər çəkənlərə yardım məqsədilə Türkiyəyə yola düşüblər.

Tələbələr tətil günlərini öz doğma evlərində deyil qardaşlarına yardım etməklə keçirməyin daha vacib olduğunu vurğulayıblar. Onlar dəstələrə bölünərək zəlzələ bölgəsində koordinasiyalı şəkildə fəaliyyət göstərəcəklərini bildiriblər. 
Gənc könüllülərimiz türkiyəli həmkarları ilə zəlzələnin baş verdiyi bölgələrdə zərər çəkmiş vətəndaşlara əsasən yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində iştirak edəcəklər.

Tələbələrimiz qərara alıblar ki, fəlakət zonasında işlər tam sahmana düşənə qədər Türkiyə vətəndaşlarının xidmətində olsunlar. 

Aygün İbrahimova, Bizim.Media
 






 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO