Gürcüstanın Qaraçala kənd sakinləri Türkiyəyə bir TIR yardım göndərdilər - VİDEOREPORTAJ

Gürcüstanın Qaraçala kənd sakinləri Türkiyəyə bir TIR yardım göndərdilər - VİDEOREPORTAJ

Hazırda oxunan: Gürcüstanın Qaraçala kənd sakinləri Türkiyəyə bir TIR yardım göndərdilər - VİDEOREPORTAJ

119704

Fevralın 6-da Türkiyədə baş verən zəlzələdən sonra dünyanın bir sıra ölkələrindən xilasedicilər yardım üçün qardaş ölkəyə üz tutublar.

Eyni zamanda, dünyanın müxtəlif yerlərində sıravi vətəndaşlar könüllü qaydada öz imkanları hesabına yardım kampaniyalarına start veriblər. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlar da qardaş ölkəyə yardım göstərmək üçün güclərini səfərbər ediblər.

Xüsusilə də, Gürcüstanda yaşayan soydaşlarımız zəlzələ bölgəsinə yardımların göndərilməsində öz fəallıqları ilə seçiliblər. Belə ki, fevralın 7-də Gürcüstan Azərbaycanlıları Konqresi tərəfindən yardım kampaniyası start götürüb.
Bu gün isə Kaxeti bölgəsinin Telavi şəhərinin sakinləri tərəfindən Qaraçala kəndində yardım tədbiri təşkil olunub.

Bu barədə Bizim.Media-ya Gürcüstanda yaşayan azərbaycanlı jurnalist İmran Eyvazov məlumat verib.

Kənd məscidində təşkil olunan yardım kampaniyasında soydaşlarımızın fəallığı müşahidə olunub.

Məscidin imamı Veysəl Orucov qeyd edib ki, zəlzələ baş verdikdən sonra azərbaycanlılar kütləvi surətdə yardım kampaniyasına qoşulublar:

“Bu bizim canımız, ciyərimiz olan Türkiyəyə xırda dəstəyimizdir. Ümid edirik ki, bu tədbirimizlə zəlzələdən zərər görmüş insanlara az da olsa yardım etmiş olarıq. Acınız acımız, dərdiniz dərdimiz, müsibətiniz müsibətimizdir”.

Qeyd edək ki, toplanan yardımlar TIR-lar vasitəsilə əvvəlcə Türkiyənin Gürcüstandakı səfirliyinə, daha sonra isə zəlzələdən zərər çəkmiş insanlara göndəriləcək.
Soydaşlarımızın yardım kampaniyasından görüntüləri təqdim edirik:
 


Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO