Ordumuzun hərbçisi qar uçqununa düşərək öldü - VİDEO

Ordumuzun hərbçisi qar uçqununa düşərək öldü - VİDEO

Hazırda oxunan: Ordumuzun hərbçisi qar uçqununa düşərək öldü - VİDEO

119594

Gədəbəy rayonu, Qalakənd kənd sakini, müddətdən artıq hərbi qulluqçu Hüseynov Savalan Bəxtiyar oğlu qar uçqununda qalaraq vəfat edib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya faktı təsdiq ediblər.

Onun meyiti uçqundan çıxarılaraq ailəsinə təhvil verilib. 

S.Hüseynov bu gün dəfn ediləcək. Onun 3 azyaşlı övladı qalıb.

Bildirilib ki, hadisə fevralın 8-i saat 17:00 radələrində baş verib: 

“Xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək vəfat edib. Faktla bağlı araşdırma aparılır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO