Ağdaş sakinləri Türkiyəyə yardım üçün SƏFƏRBƏR OLDULAR - FOTO 

Ağdaş sakinləri Türkiyəyə yardım üçün SƏFƏRBƏR OLDULAR - FOTO 

Hazırda oxunan: Ağdaş sakinləri Türkiyəyə yardım üçün SƏFƏRBƏR OLDULAR - FOTO 

119522

Ağdaş sakinləri də qardaş Türkiyədə baş verən zəlzələdə ziyan görən əhaliyə kömək məqsədilə yardım kompaniyasına start veriblər. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, artıq ötən gündən başlayan aksiyada rayon sakinləri fəallıq nümayiş etdirirlər. 

Belə ki, rayon camaatının topladığı isti geyimlər, əlcəklər, corablar, yataq dəstləri, quru ərzaqlar rayon ərazisində yerləşən müxtəlif ünvanlarda toplanır. Ağdaşda rayon icra hakimiyətinin xətti ilə artıq bu gün ərzində 2 iritutumlu yük maşını Türkiyəyə göndərilməsi məqsədilə Bakı şəhərinə yola düşüb. 

Sabah daha 2 yük maşınının göndərilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, hal-hazırda bölgədə yardım toplama hələ də davam edir. Rayonda təşkil olunan yardımlar həftənin sonuna kimi davam edəcək. Məqsəd Türkiyədə təbii fəlakətdən əziyyət çəkən insanlara yardım etməkdən ibarətdir.  

Aqil Əsədov, Bizim.Media, Aran bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO