Azərbaycandan 80 TIR yardım Türkiyəyə göndərilməyə hazırdır - AÇIQLAMA

Azərbaycandan 80 TIR yardım Türkiyəyə göndərilməyə hazırdır - AÇIQLAMA

Hazırda oxunan: Azərbaycandan 80 TIR yardım Türkiyəyə göndərilməyə hazırdır - AÇIQLAMA

119489

Türkiyənin zəlzələ bölgəsinə göndərilməsi üçün “Doğdaş” mebel mağazasında və Bakı İdman Sarayında toplanan yardımlardan ibarət 20 TIR yola düşüb. 

Bu barədə Bizim.Media-ya “Doğdaş” mebel mağazasının satış müdiri məlumat verib.

Onun sözlərinə görə hazırda 8 TIR Qırmızı-Körpü gömrük postunu keçib, digərləri də yollarına davam edir:

“Yol şərtləri və hava şəraitini nəzərə alsaq, 2-3 günə ünvanlara çatacaqlar. Təşkilatçılar və səfirliyimizin nümayəndələri Türkiyəyə çatacaq tırları qarşılayacaqlr və koordinasiyalı şəkildə ünvanlara yardımları paylayacaqlar. TIR-lar Türkiyə ərazisinə daxil olduqdan sonra məhsullar çeşidlərə və ehtiyaca görə yerlərə dağılacaq. Bundan sonra TIR-lar təkrar geri dönəcəklər”. 

Təşkilatçının sözlərinə görə yardım kampaniyası hələki davam edir:

“Bakı İdman Kompleksində yardımın yığılması və qablaşdırılması gecə-gündüz davam edir. Bu gün 15, ümumilikdə isə bu ana qədər toparlanan mallara uyğun olaraq, 80 TIR yardım yola salınacaq. Onu da bildirim ki, geyimlə bağlı yardımlar artıq durdurulub. Ərzaq, tibbi ləvazimatlar qəbul olunub və çeşidlənib”.

“Doğdaş” mebel mağazasının əməkdaşı sosial şəbəkələrdə Azərbaycandan gedən TIR-lara hücum olunaraq boşaldılması ilə bağlı yayılan videogörüntülərə də münasibət bildirib. O, deyib ki, yayılan görüntülər həqiqəti əks etdirmir:

“Hər şey planlı və dövlət nəzarəti ilə həyata keçirilir. Narahatçılığa əsas yoxdur”.

Qeyd edək ki, Azərbaycandan Türkiyəyə yardım kampaniyasına fevralın 7-dən başlanılıb. Qaradşalarımızın ehtiyacları ödənənə qədər də davam edəcək.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO