Zərdab sakinləri də qardaş Türkiyədə baş verən zəlzələdə ziyan görən əhaliyə kömək məqsədilə yardım kampaniyasına start veriblər.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, artıq ötən gündən başlayan aksiyada rayon sakinləri fəallıq nümayiş etdiriblər.
Belə ki, rayon camaatının topladığı isti geyimlər, əlcəklər, corablar, yataq dəstləri, quru ərzaqlar rayon ərazisində yerləşən müxtəlif ünvanlarda toplanır.
Aksiya rayonun içtimai fəalları və ziyalıları tərəfindən təşkil olunub. Aksiya əlavə 2 gün də davam edəcək.
Rayonda təşkil olunan yardımlar həftənin şənbə günü qardaş Türkiyədə zəlzələdən zərər çəkən əhaliyə çatdırılması üçün Bakı şəhərinə göndəriləcək.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu