Qubalı ağsaqqaldan Türkiyəyə ehtiram:

Qubalı ağsaqqaldan Türkiyəyə ehtiram: "Biz tarixi unutmuruq" - FOTO/VİDEO

Hazırda oxunan: Qubalı ağsaqqaldan Türkiyəyə ehtiram: "Biz tarixi unutmuruq" - FOTO/VİDEO

119377

Türkiyədə zəlzələdən ziyan görən və çətin durumda olan insanlara Qubadan 3 yük maşını yardım göndərilib.

Bizim.Media xəbər verir ki, ötən  gündən havanın qarlı-şaxtalı olmasına baxmayaraq, yüzlərlə Quba sakini yardımın toplanıldığı Cümə məscidinə axışıb.

Statusundan asılı olmayaraq hər kəs qardaş Türkiyədə zəlzələnin şokunu yaşayan insanlara kömək əlini uzadıb.

Toplanan yardım əsasən yataq dəstləri, yorğan-döşək, konserv məmulatları, quru qidalar, isti geyimlər və digər zəruri məhsullardan ibarətdir.

Quba sakinləri bildirirlər ki, 1918-ci ildə erməni hücumunun qarşısı alınarkən türk qardaşlarımız Quba qəzasına çox köməklik ediblər, həyatlarından keçsələr belə erməni daşnaklarına qarşı inadla vuruşublar.
“Biz tarixi unutmuruq” deyən Quba Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov bildirib ki, indi Türkiyənin bu çətin günlərində Prezidentimiz başda olmaqla bütün Azərbaycan, biz qubalılar da onlarla birgəyik.
 




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO