"Baxmayaraq ki,özümün maddi imkanım yaxşı deyil, amma qərara aldım ki,qardaş Türkiyədə baş verən təbii fəlakət yaşamış insanlara yardımdan kənarda qalmayım. Hərbi əlil kimi aldığım 150 manatın hamısına lazımi geyim və quru qidalar aldım və gətirib təhvil verdim".
Bu sözləri Bizim.Media-ya Xaçmaz şəhər sakini, 3-cü qrup Qarabağ əlili Rəfael Müştaqov deyib.
Onun sözlərinə görə, Xaçmaz sakinlərinin böyük həvəslə başladığı kampaniyadan kənarda qala bilməzdi və bunu özünə bir qardaş borcu sayır.
Qeyd edək ki,Xaçmaz rayonundan bu gün Türkiyəyə göndərilməsi üçün lazımi əşya və yataq dəstləri, quru ərzaqlarla dolu 6 ədəd "Ford" avtomobili Bakıya yola düşüb. İndi isə yerli icra qurumundan göndərilən iri Tır maşını yardım qutuları ilə yüklənir.
Xaçmazlıların aktivliyi bu dəqiqələrdə də davam edir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu