Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli atası vəzifədən getdikdən sonra ABŞ-a köç edib.
Bizim.Media xəbər verir ki, bir müddətdir gözdən itən Şamxalın bu yaxınlarda xaricdə, əsasən də Birləşmiş Ərəb Əmirliyində daşınmaz əmlak aldığı ortaya çıxıb. Məsələnin təəccüblü tərəfi isə bunu Həsənlinin özünün bəyan etməsidir. Belə ki, atası Əli Həsənov yaratdığı media mafiyası sayəsində milyonlarla qazansa da hər zaman özünü və ailəsinin qazanclarını kölgədə saxlamaq üçün əlindən gələni edib.
Şamxal Həsənlinin məşhur “Trustpilot” nəşrində Dubay şəhərində fəaliyyət göstərən tanınmış daşınmaz əmlak şirkətlərindən biri olan “Provident”lə 3 ildir əməkdaşlıq etdiyi barədə rəy yazıb.
MÖVZU İLƏ BAĞLI:
Əli Həsənovun oğlu ABŞ-a köçdü - Pullarını da ölkədən çıxarır - FOTO
“Vəzifəli şəxslər niyə susur?” – Tanınmış vəkil Əli Həsənov və oğlunun ABŞ-dakı biznesindən danışdı
“Trustpilot” portalında qeydiyyatdan keçən Ş.Həsənli öz yaşayış yeri kimi ABŞ-ı göstərib. Şamxal Həsənli “Provident” şirkətinin rəhbəri Hend Kərəm ilə yaxın münasibətindən yazaraq, daşınmaz əmlak sektoruna investisiya qoymaq istəyənləri Kərəmlə əməkdaşlığı tövsiyyə etməyi də unutmayıb.
“Provident” şirkəti isə öz növbəsində Şamxal Həsənliyə onu reklam etdiyi üçün xoş sözlər yazaraq, gələcəkdə də birlikdə əməkdaşlıq etməkdən çox məmnun olacaqlarını qeyd edib.
“Trustpilot” portalı məşhur şirkətlərin tanıtım platformasıdır. Bu platformada qeydiyyatdan keçən şəxslər şirkətləri haqqında məlumat ala bilər və öz rəylərtini paylaşa bilərlər.
Bizim.Media