Bu gündən etibarən fevralın 11-dək ölkə ərazisində qeyr-sabit hava şəraiti hökm sürəcək. Havanın temperaturu bu günlərdə Abşeron yarımadasında -1, regionlarda isə -10 dərəcəyədək aşağı düşəcək. Paytaxtda və bölgələrdə qarın yağması da gözlənilir. Təbii ki, qeyri-sabit hava şəraiti nəqliyyatın intensiv hərəkətinə də problemlər yaradır.
Yollardakı son vəziyyətlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyi ilə əlaqə saxladıq.
Bizim.Media-ya açıqlama verən AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirdi ki, hazırda bütün avtomobil yolları açıqdır:
“Amma axşama doğru dağ və bəzi dağətəyi yolların buz bağlama ehtimalı var. Ona görə də sürücülərə yaxın 3 gündə gecə saatlarında yollara çıxmamaq tövsiyyə olunur. Baxmayaraq ki, avtomobil yollarında hərəkət intensivliyini təmin etmək üçün bütün zəruri addımlar atılıb.
Hazırda ölkə üzrə 750, paytaxtda isə 300 ədəd müxtəlif təyinatlı maşın-mexanizmlər hazır vəziyyətdədir. Ortaya çıxa biləcək hər hansı bir problemə qarşı adekvat tədbirlər görüləcək. Yolların təmizlənməsi üçün 35 min ton qum, 5 min ton texniki duz tədarük edilib”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 08.02.2023
Respublikanın yollarında bu gecədən TƏHLÜKƏLİ VƏZİYYƏT yaranacaq - AÇIQLAMA
Hazırda oxunan: Respublikanın yollarında bu gecədən TƏHLÜKƏLİ VƏZİYYƏT yaranacaq - AÇIQLAMA
Hazırda oxunan: Respublikanın yollarında bu gecədən TƏHLÜKƏLİ VƏZİYYƏT yaranacaq - AÇIQLAMA
119277
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.