Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb. Belə ki, rayonun Mallı-Şıxlı kənd sakini, 1968-ci il təvəllüdlü Xəlilov Fəxrəddin Tofiq oğlu idarə etdiyi 90-EG-139 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında qəflətən ürəktutmasından dünyasını dəyişib.
Avtomobil təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun əks istiqamətində, küçənin kanarında dayanmış Göyçay şəhər sakini, 1971-ci il təvəllüdlü Mehdiyev İsmixan Mövsüm oğluna məxsus 02-BU-741 dövlət nömrə nişanlı "VAZ-2109" markalı avtomobilə çırpılıb.
Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Yaxınlıqdakı insanların köməyi ilə ürək tutmasından dünyasını dəyişən Fəxrəddin Xəlilov əzilmiş avtomobildən çıxarılaraq başqa nəqliyyat vasitəsilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həkimlər onun ürək tutması səbəbindən dünyasını dəyişdiyini bildiriblər.
Hazırda faktla bağlı Göyçay rayon polis şöbəsində araşdırma aparılır.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:54 / 08.02.2023
Sürücü sükan arxasında ürəktutmasından öldü – FOTO
Hazırda oxunan: Sürücü sükan arxasında ürəktutmasından öldü – FOTO
Hazırda oxunan: Sürücü sükan arxasında ürəktutmasından öldü – FOTO
119275
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.