“Naxçıvan” Universiteti beynəlxalq əlaqələrini inkişaf etdirir - FOTO

“Naxçıvan” Universiteti beynəlxalq əlaqələrini inkişaf etdirir - FOTO

Hazırda oxunan: “Naxçıvan” Universiteti beynəlxalq əlaqələrini inkişaf etdirir - FOTO

119203

“Naxçıvan” Universiteti beynəlxalq əlaqələrini inkişaf etdirməkdə davam edir.

Bizim.Media xəbər verir ki, “Naxçıvan” Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli ECAR layihəsi çərçivəsində Polşada işgüzar səfərdə olub.

Belə ki, Bakı Biznes Universitetinin koordinatorluğu ilə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində 30 yanvar - 3 fevral tarixlərində Azərbaycanın layihə konsorsiumunun üzvü olan 20 ali təhsil müəssisəsinin prorektorları və digər səlahiyyətli nümayəndələrinin Polşaya növbəti işgüzar səfəri baş tutub.

Polşa Universitetlərinin Rektorlar Konfransı (CRASP) tərəfindən təşkil olunan səfərin məqsədi Polşa ali təhsil müəssisələrinin strateji inkişaf məsələlərinin öyrənilməsi olub.
Səfər çərçivəsində Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələrinin Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova ilə görüşü baş tutub. Görüşdə xanım səfir Polşada, xüsusilə ali məktəblərdə həyata keçirilən sosial-mədəni tədbirlər, layihələr haqqında məlumat verib.

N.Qurbanova universitetlərimizi Polşa ali təhsil müəssisələri ilə əməkdaşlığı daha da gücləndirməyə dəvət edib və bu istiqamətdə müvafiq dəstəyin göstərilə biləcəyini ifadə edib.

Məlumat üçün bildirək ki, “Naxçıvan” Universiteti 2021-ci ildən bəri ECAR (“Azərbaycanda Rektorlar Konfransının yaradılması”) adlı Erasmus+ layihəsinin 15 partnyor universitetindən biridir.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO