Azərbaycandan növbəti YARDIM TIRLARI Türkiyəyə yola düşür – VİDEO MÜRACİƏT 

Azərbaycandan növbəti YARDIM TIRLARI Türkiyəyə yola düşür – VİDEO MÜRACİƏT 

Hazırda oxunan: Azərbaycandan növbəti YARDIM TIRLARI Türkiyəyə yola düşür – VİDEO MÜRACİƏT 

119176

Bakıda Türkiyədə zəlzələdən zərər çəkənlər üçün yardım toplanışı davam edir.

Bizim.Media-nın ərazidə olan əməkdaşları xəbər verir ki, gətirilən yardımlar dərhal qardaşa ölkəyə yola salınır.

Hazırda Babək prospekti ərazisində olan təşkilatçılar xahiş edirlər ki, vətəndaşlarımız artıq bura yardım daşımasınlar. Əraziyə axın o qədərdir ki, gətirilən yardımların həcmi buraları tutmur və nəqliyyatın hərəkətində də iflic yaranır.
Xahiş olunur ki, insanlarımız Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksinə üz tutsunlar. Artıq burada yardımları qəbul etmək üçün hər şey hazlırlanıb.

Hal-hazırda isə yardımlarla dolu 10 TIR Türkiyə istiqamətinə yol alacaq.

Səkinə Yusibli, Rəşad Əliyev, Bizim.Media
 



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO