Türkiyədə zəlzələdən zərər çəkən insanlara humanitar yardım kampaniyasına şimal bölgəsində də başlanılıb.
Bizim.Media xəbər verir ki, Quba, Xaçmaz rayonlarında ayrı-ayrı şəxslər dəhşətli zəlzələdən ziyan çəkmiş insanlara yardım kampaniyasına qoşulublar.
Humanitar yardımın kütləvi şəkildə toplanıb Türkiyəyə göndərilməsi işlərinə də artıq start verilib. Şimalda yaşayan vətəndaşlar faiz tutulmayan banklar vasitəsilə vəsait köçürməyə başlayıblar.
Xaçmazlı fəal Osman İmamovun Bizim.Media-ya verdiyi məlumata görə, rayon fəalları, xüsusən Vətən Müharibəsi qazisi Aydın Fətiyevin və digər müharibə iştirakçılarının təşəbbüsü ilə humanitar yardım toplanılmasına başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:14 / 08.02.2023
Şimal bölgəmiz də Türkiyəyə yardım kampaniyasına qoşuldu - FOTO
Hazırda oxunan: Şimal bölgəmiz də Türkiyəyə yardım kampaniyasına qoşuldu - FOTO
Hazırda oxunan: Şimal bölgəmiz də Türkiyəyə yardım kampaniyasına qoşuldu - FOTO
119137
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.