Gəncədə avtomobil dayandığı yerdə yandı - FOTO

Gəncədə avtomobil dayandığı yerdə yandı - FOTO

Hazırda oxunan: Gəncədə avtomobil dayandığı yerdə yandı - FOTO

119127

Gəncədə avtomobildə anidən yanğın hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsində yaşayış binalarından birinin qarşısında qeydə alınıb.

Şahidlərin sözlərinə görə, dayanmış vəziyyətdə olan “VAZ-21099” markalı minik avtomobilində anidən yanğın başlayıb.

Dərhal  hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Avtomobil tamamilə yanıb.

FHN əməkdaşlarının köməkliyi ilə yaxınlıqdakı avtomobillər yanğından mühafizə edilib. Hələlik hadisənin başvermə səbəbləri araşdırılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO