Polis Akademiyasının əməkdaşları İsmayıllıda şagirlərlə GÖRÜŞDÜLƏR - FOTO 

Polis Akademiyasının əməkdaşları İsmayıllıda şagirlərlə GÖRÜŞDÜLƏR - FOTO 

Hazırda oxunan: Polis Akademiyasının əməkdaşları İsmayıllıda şagirlərlə GÖRÜŞDÜLƏR - FOTO 

119082

Polis Akademiyasının əməkdaşları İsmayıllı rayonunda XI sinif şagirdləri ilə görüşüblər. 

Bizim.Media xəbər verir ki, daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə İsmayıllı rayonunda yerləşən 15 tam orta məktəbdə 190-a yaxın XI sinif şagirdi ilə görüş keçirilib.  

Təbliğat xarakterli görüşlərin keçirilməsində məqsəd yeniyetmələri sağlam həyat tərzinə və təhsilə təşviq etmək olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, çıxış edən akademiyanın əməkdaşı III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə hazırlaşan, daxili işlər orqanlarında xidmət etmək həvəsində olan abituriyentlərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumat verib.

Orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar və asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışıb.  
Daha sonra qocaman təhsil müəssisəsindəki tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.  




Aqil Əsədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO