Zəlzələ ən dəhşətli təbiət hadisəsidir. Zəlzələ bir də ona görə dəhşətlidir ki, onu digər təbiət hadisələri- qasırğa, tufan, sunami və s. kimi qabaqcadan proqnozlaşdırmaq olmur. Ona görə də zəlzələnin gətirdiyi fəlakətlər hər zaman böyük olub. Mütəxəssislərin hesablamalarına görə dünyada hər il 500 mindən çox zəlzələ baş verir.
Bunlardan çoxu ya hiss edilmir,ya da cüzi hiss edilir. Məlum olduğu kimi zəlzələlər 12 ballıq şkala ilə ölçülür. 7 baldan daha çox gücə malik zəlzələlər əsasən dağıdıcı hesab olunur.
Bəs, tarixdə yadda qalan ən dağıdıcı zəlzələlər nə zaman və harada baş verib?
Bununla bağlı Bizim.Media araşdırma aparıb. Araşdırma nəticəsində hazırladığımız 10 dəhşətli zəlzələnin siyahısını təqdmim edirik:
1. Çində baş verən Şensi zəlzələsi. Tarixdə ən çox insan itkisinə səbəb olan zəlzələ hadisəsi 1556-cı il 23 yanvar günü Çinin şimal-qərbində baş verib. 8 bal gücündə baş verən zəlzələ zamanı 830 min həyatını itirib. Bu bölgə əhalisinin 60 faizi deməkdir. Zəlzələ zamanı bütün binalar dağılmışdı.
2. Çində baş vermiş daha bir dəhşətli təbiət hadisəsi -Tyanşan zəlzələsi. Bu 20-ci əsrin ən çox insan itkisinə yola açan zəlzələ hesab olunur. Tyanşan zəlzələsi 28 iyul 1976-cı ildə baş verib. 7,8 bal gücündə özünü göstərən təbii fəlakət zamanı 255 min nəfər ölüb. Əhali isə ölənlərin sayının daha çox olduğunu iddia edirdi. Paytaxt Pekində də hiss olunan zəlzələ zamanı 799 min adam yaralanıb. Zəlzələ sadəcə 10 saniyə davam etsə də 180 min binanın dağılmasına səbəb olub.
3. Suriyada baş vermiş Hələb zəlzələsi. Hadisə 11 oktyabr 1138-ci ildə baş verib. Zəlzələnin gücü dəqiq məlum olmasa da, 230 min nəfərin öldüyü məlumdur.
4. İndoneziyada qeydə alınan Sumatra zəlzələsi. 26 dekabr 2004- cü ildə İndoneziyanın Sumatra adası yaxınlığında 9,1 bal gücündə baş verən zəlzələ və onun ardından gələn sunami Cənubi Asiya və Afrikada 14 ölkədə hiss olunub. Nəticədə 227 mindən çox insan həyatını itirib. Təxminən bir milyon 700 min nəfər evsiz qalıb. Bundan başqa 50 mindən çox adam itkin düşüb.
5. Haiti zəlzələsi. 12 yanvar 2010- cu ildə Cənubi Amerika ölkəsi Haitidə 7 bal gücündə baş verən zəlzələ zamanı 222 mindən çox adam həlak olub. 300 mindən artıq adam yaralanıb. 1,3 milyon insan yaşadığı yurdundan olub. 100 minə yaxın ev təmamilə dağılıb.
6. İranda qeydə alınan Damğan zəlzələsi. 856-cı ilin 22 dekabr tarixində İranın Damğan rayonunda baş verən zəlzələ zamanı 200 mindən artıq insan həlak olub. Zəlzələnin gücü 7,9 bal olaraq qiymətləndirilir.
7. Çində baş verən Hansü zəlzələsi. Hadisə 1920-ci il 16 dekabr tarixində 7,8 bal gücündə baş verib. Torpaq sürüşmələrinə səbəb olan fəlakət zamanı 200 min adam həlak olub. Bundan başqa 20 mindən artıq insan küçədə donaraq həyatını itirib.
8. Qədim Azərbaycan diyarında baş vermiş Ərdəbil zəlzələsi. 893-cü il 23 mart tarixində baş verib. Zəlzələnin gücü dəqiq məlum deyil. Fəlakət nəticəsində 150 mindən artıq insan ölüb.
9. Yaponiyada qeydə alınan Kanto zəlzələsi. 1923-cü ilin sentyabrın birində Kanto bölgəsində baş verən fəlakət Yaponiyada ən dəhşətli zəlzələ kimi tanınır. 7,9 bal gücündə yaranan zəlzələ Tokio və Yokohamada da ciddi fəsadlara yol açıb. 142 min adam həlak olub. 380 min ev təmamilə dağılıb.
10. Türkmənistanda baş vermiş Aşqabad zəlzələsi. 5 oktyabr 1948-ci ildə 7,3 bal gücündə baş verən hadisədə 110 mindən çox adam həyatını itirib. Aşqabad şəhəri yerlə bir olub.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:15 / 07.02.2023
Dünyada qeydə alınan 10 dəhşətli zəlzələ - SİYAHI
Hazırda oxunan: Dünyada qeydə alınan 10 dəhşətli zəlzələ - SİYAHI
Hazırda oxunan: Dünyada qeydə alınan 10 dəhşətli zəlzələ - SİYAHI
118963
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.