“Televiziyada maaş çox aşağıdır. Əvvəlcədən belə olub. Aparıcılarımız var ki, efirdən əlavə tədbirlər idarə edirlər. Ev şənlikləri, konsert və s. kimi misal çəkə bilərəm”.
Bizim.Media məlumat verir ki, bu sözləri məşhur teleaparıcı Nərgiz Cəlilova “Səhər Mərkəzi” proqramına qonaq olarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Nərgiz Cəlilova: “2020-ci ili çox lənətlədik, çünki...”
N. Cəlilovanın sözlərinə görə, aparıcılar maaşa işləyirlər:
“Bu maaşla ailə saxlamalıdırlar. Günün tələbləri böyükdür. İnsan gəzmək, yaxşı geyinmək, ləziz yemək istəyir. Bu səbəbdən gənclər özəl şirkətlərə üz tuturlar, çalışırlar. İnanıram ki, bu problemlər həll olunacaq”.
Bizim.Media