DİN Bakıda piyadanı vurub qaçan şəxsin görüntülərini yaydı - VİDEO

DİN Bakıda piyadanı vurub qaçan şəxsin görüntülərini yaydı - VİDEO

Hazırda oxunan: DİN Bakıda piyadanı vurub qaçan şəxsin görüntülərini yaydı - VİDEO

11891

Daxili İşlər Nazirliyi (DİN) Bakıda piyadanı vurub qaçan şəxsin görüntülərini yayıb.

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində paytaxt sakini Əbülfəz Musayev piyada hərəkət edən zaman müəyyən edilməyən avtomobil tərəfindən vurulub.

Həmin şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Sürücü isə piyadaya heç bir yardım göstərməyərək qəza yerindən yayınıb.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının qısa zamanda “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində idarə etdiyi “Hyundai” markalı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Bakı şəhər sakini Tofiq Vəliyev saxlanılaraq istintaqa təqdim edilib.

Qeyd olunan faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO