Şirvanda narkokuryerlik edən QADIN SAXLANILDI – FOTO

Şirvanda narkokuryerlik edən QADIN SAXLANILDI – FOTO

Hazırda oxunan: Şirvanda narkokuryerlik edən QADIN SAXLANILDI – FOTO

118894

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən qadın saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Elnarə Həsənzadə saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan qadın barəsində həbs qətimkan tədbiri seçilib. 

Araşdırmalar davam etdirilir.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO