Sabah MAQNIT QASIRĞASI olacaq - Günəşdə baş verən partlamalar Yerə necə təsir göstərəcək?

Sabah MAQNIT QASIRĞASI olacaq - Günəşdə baş verən partlamalar Yerə necə təsir göstərəcək?

Hazırda oxunan: Sabah MAQNIT QASIRĞASI olacaq - Günəşdə baş verən partlamalar Yerə necə təsir göstərəcək?

118801

Günəşin səthində 5 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 79-dur.

Bizim.Media xəbər verir ki, Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb. 

Məlumatda qeyd olunub ki, son günlər Günəşin fəallığı çox aşağı səviyyədə olub: 

“Son 3 sutka ərzində 20 CME (Coronal Mass Ejections – Tac Maddə Atılmaları) qeydə alınıb. Onlardan 3-ü çox böyük miqyasa malik olub. 5 fevral saat 14:51-də 3211 oblastında baş vermiş C6 sinifli alışma ilə bağlı CME istiqamətinin Yerə yönələcəyi gözlənilmir. Ümumilikdə hesabat dövründə Yerə doğru yönələn Tac Kütlə Atılmaları müşahidə olunmayıb.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və aşağı səviyyədə, 10 MeV-dən çox enerjili proton seli isə fon səviyyəsində qalıb.

Hesabat dövründə Günəş küləyi parametrləri normal səviyyədə olub. Günəş küləyinin sürəti 397.8 km/san olub. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi Yer orbitində zəif 11.25 nT, radial istiqamətdə isə -10.97 nT olub.

Geomaqnit sahə, son sutka ərzində ümumən sakit olub. Qeyd olunub ki, 6-8 fevralda Günəş fəallığının aşağı səviyyədə olacağı gözlənilir.

Proqnoz dövründə mənfi qütblü Tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin təsiri Günəş küləyinin sürətinin artmasına səbəb olacaq. Proqnoz dövründə geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır. Fevralın 7-də maqnit sahəsinin bir qədər (4 Kp) aktivləşəcəyi proqnozlaşdırılır. G1 və daha yüksək səviyyəli geomaqnit qasırğasının yaranması gözlənilmir.
Radiosiqnaların ötürülməsində də R1-R2 səviyyəli  kəsilmə olması ehtimalı 10%, R3 səviyyəli kəsilmə olması ehtimalı isə 1% təşkil edir.

Aygün İbrahimli, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO