İşini tez-tez dəyişən MƏTBUAT KATİBLƏRİ – Onlar kimlərdir? 

İşini tez-tez dəyişən MƏTBUAT KATİBLƏRİ – Onlar kimlərdir? 

Hazırda oxunan: İşini tez-tez dəyişən MƏTBUAT KATİBLƏRİ – Onlar kimlərdir? 

118799

Jurnalistlərin dəqiq informasiya üçün müraciət etdikləri ilk ünvan müxtəlif dövlət qurumlarının mətbuat xidmətləridir. Elə onların da işi mətbuat nümayəndələrinin sorğu və suallarını cavablandırmaq, onlarla əlaqə qurmaqdır. Dövlət qurumlarının mətbuat katibləri bu vəzifəyə elə mətbuatdan gəlirlər. Onlar bu vəzifəyə gələnə qədər isə müxtəlif yerlərdə çalışırlar. 

Bəzən mətbuat katibləri arasında işini tez-tez dəyişənlər olur. Amma hansı quruma getmələrindən asılı olmayaraq əksəriyyətinin jurnalistlə ünsiyyət formaları dəyişmir.

Bizim.Media işini tez-tez dəyişən mətbuat katiblərini təqdim edir:

Nuridə Allahyarova 

Hazırda Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışır. Nuridə Allahyarova bundan əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Bakı Dövlət Universiteti, Vergilər Nazirliyi (Dövlət Vergi Xidməti), Prezident Yanında Dövlət İdarəçilik Akademiyası, Binəqədi Rayon İcra Hakimiyyəti, "BakuBus" MMC, Bakı Nəqliyyat Agentliyi, ATV, "Space" və Dövlət Avtomobil Nəqliyyatı Xidmətində çalışıb. Ən çox işini dəyişən mətbuat katibidir, desək yanılmarıq.

Zamira Adilova 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri kimi çalışır.  Bundan əvvəl, 2008-2019-cu illərdə indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində redaktor, ictimaiyyətlə əlaqələr (PR) üzrə menecer işləyib. 2019-2021-ci illərdə isə SOCAR-ın Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

Mənsur Piriyev 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nformasiya təminatı və innovativ həll şöbəsinin müdiri vəzifəsində çalışır. Mənsur Piriyev bundan əvvəl "Bakubus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin Təbliğat və təşkilat sektorunun müdiri vəzifələrində çalışıb.

Səmayə Məmmədova 

Tanınmış jurnalist Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsində çalışır. Səmayə Məmmədova uzun müddət Gənclər və İdman, Səhiyyə nazirliklərində, daha sonra Bakı Nəqliyyat Agentliyində çalışıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO