"Xəstəxana bizi qəbul etmədi" - İranda yaralanan səfirlik əməkdaşı 

Hazırda oxunan: "Xəstəxana bizi qəbul etmədi" - İranda yaralanan səfirlik əməkdaşı 

118780

“Polis bizə heç ratsiya ilə də səfirliyə əli silahlı şəxsin girməyə çalışdığını xəbər vermədi”. 

Bizim.Media xəbər verir ki, bunu İrandakı səfirliyimizə terror hücumu zamanı yaralanan Mahir İmanov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, terrorçu onu sol ayağından vurub: 

“Gedib Vasifə (Vasif Tağıyev-red.) kömək etmək istədim. Onda hiss etdim ki, sol ayağımdan güllə yarası almışam, ayağım işləmir. Mühafizə yoldaşımız Vasif orada ani hərəkət etməsəydi, çox böyük faciə baş verə bilərdi. 

Orada həm səfirlikdir, yuxarı mərtəbədə yaşayış mənzilləri var. O, çox güllə atırdı. 3 güllə qoluma dəydi.

Sol ayağım onsuz da işləmirdi. Güllənin biri də sağ ayağıma dəydi. Orada heç kim ilk tibbi yardım göstərmirdi. Yolda da eşidirəm ki, xəstəxanaya deyirdilər yaralı gətiririk. Xəstəxana bizi qəbul etmədi. Biz digər xəstəxanaya getməli olduq. Məni əməliyyata 5 saatdan sonra aldılar”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO