Bakıya qar yağacaq - PROQNOZ 

Bakıya qar yağacaq - PROQNOZ 

Hazırda oxunan: Bakıya qar yağacaq - PROQNOZ 

118717

Bakıda və Abşeron yarımadasında fevralın 07-si günün ikinci yarısından 10-dək güclü şimal-qərb küləyi əsəcək. Fevralın 10-da külək mülayimləşəcək. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, fevralın 08-də havanın tutqun, axşama doğru yağıntılı olacağı, gecə sulu qara keçəcəyi, 09-da fasilələrlə sulu qar, qar yağacağı gözlənilir.

Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcəyi, 09-10-da gecə və səhər saatlarında 1-3° şaxta olacağı gözlənilir. 

Yağıntı: Fevralın 07-də gecə saatlarından başlayaraq Respublikanın əvvəlcə qərb rayonlarında, günün ikinci yarısında şimal rayonlarında, 08-dən isə əksər rayonlarda yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yağıntıların intensivləşəcəyi ehtimalı var. Fevralın 10-da yağıntılar tədricən zəifləyəcək.

Külək: Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu: ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək. Fevralın 11-dək yollar buz bağlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO