Əhməd İsmayılov: “Jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilər”

Əhməd İsmayılov: “Jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilər”

Hazırda oxunan: Əhməd İsmayılov: “Jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilər”

118681

“Media resyestri kiminsə jurnalist olmasını təmin etmir”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bildirib.

Onun sözlərinə görə, jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilərlər.

“Sadəcə, kimsə özünü media reyestrində qeydiyyatdan keçirmək istəyirsə, həmin jurnalistlər dövlətin verdiyi müəyyən imtiyazlardan istifadə edə bilirlər. Bir daha qeyd edirəm ki, media reyestrindən qeydiyyatdan keçmək məcburi xarakter daşımır, qətiyyən media reyestrində olmayan jurnalistin fəaliyyəti məhdudlaşmır”, - deyə Əhməd İsmayılov vurğulayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO