Göyçayda \

Göyçayda \"BMW\" yoldan çıxaraq aşıb - Yaralılar var

Hazırda oxunan: Göyçayda \"BMW\" yoldan çıxaraq aşıb - Yaralılar var

118652

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

"BMW" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində rayonun Qarayazı kənd sakinləri, 1998-ci il təvəllüdlü Mahmudlu Nigar Sadiq qızı, 1964-cü il təvəllüdlü Salmanov Niman Eldar oğlu və 1985-ci il təvəllüdlü Ağayev Elvin Səxavət oğlu xəsarət alıblar. 
Yaralılar təcili tibbi yardım avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO