Müğənnilərin səhvlərini tutan 5 yaşlı istedad  -(VİDEO - FOTO)

Müğənnilərin səhvlərini tutan 5 yaşlı istedad -(VİDEO - FOTO)

Hazırda oxunan: Müğənnilərin səhvlərini tutan 5 yaşlı istedad -(VİDEO - FOTO)

118633
Bərdə rayonunun Divanlı kəndindən olan 5 yaşlı Məhəmməd Əlizadə həm nağarada ifa edir, həm də nəğmə oxumağı bacarır.xa0

Məhəmmədin anası Gülmirə Tağıyeva ailənin sonbeşiyi Məhəmmədin 3 yaşından musiqi ilə maraqlanmağa başladığını deyir. Elə ailədə musiqiçilərin çox olması onun işini daha da asanlaşdırıb.xa0

Üstünlük verdiyi xalq mahnılarını ilk olaraq nağara alətində ritmlə ifa etdikdən sonra oxumağı öyrənən balaca Məhəmməd, hətta, başqa müğənnilərin vurduğu xaric notları asanlıqla müəyyənləşdirə bilir.xa0

"Müğənnilərə fikir verir, xaric ifa eləyən olan kimi deyir ki, bax orada səhv elədi. Özündə də bilir onu. Bəzi yerlərdə səhv eleyəndə deyir ki, burada səhv elədim, bir də başlayır oxuyur”x9d - deyə Məhəmmədin anası Gülmirə Tağıyeva bildirib.xa0

Məhəmmədi tanıyan musiqiçilər çətin notlarla yazılan və geniş diapozon tələb edən xalq mahnılarımızı onun səlis və düzgün ritmlə ifa etməsini yüksək qiymətləndirirlər.xa0

Məhəmmədin ən böyük arzularından biri böyüyəndə tanınmış xanəndə olmaqdır. Valideyinləri də Məhəmmədi gələcəkdə müsiqi məktəbinə göndərməyin və onun musiqi təhsili almasının tərəfdarıdırlar (Region TV).
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO