Lənkəran Teatrının direktoru niyə işdən ÇIXARILIB? - YENİLƏNİB

Lənkəran Teatrının direktoru niyə işdən ÇIXARILIB? - YENİLƏNİB

Hazırda oxunan: Lənkəran Teatrının direktoru niyə işdən ÇIXARILIB? - YENİLƏNİB

118386

Mədəniyyət Nazirliyi Lənkəran Dövlət Dram Teatrının direktorunun işdən çıxarılması məsələsinə aydınlıq gətirib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Tofiq Heydərov Nazirliyin müvafiq əmri ilə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, hazırda teatrın direktoru vəzifəsini direktor müavini İntiqam Hacılı icra edir.

***10.05

Lənkəran Dövlət Dram Teatrının direktorunun vəzifəsinə xitam verilib.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bu barədə teatrın mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, direktor Tofiq Heydərovun vəzifəsinə yanvarın 17-dən xitam verilib.

"Teatrın direktor müavini İntiqam Hacılı direktor vəzifəsini müvəqqəti olaraq icra edir. Hazırda teatrda təhvil-təslim işləri aparılır", - məlumatda deyilir.
İntiqam Hacılı isə qeyd edib ki, Lənkəran Teatrında hazırda aparılan təhvil-təslim prosesi indiyə kimi bu formada aparılmayıb.

"Belə bir təhvil-təslim prosesi indiyə kimi bizim teatrda aparılmayıb. Yəni nə var, hər bir şeyin hesabatını aparırıq. Tofiq Heydərov əvvəl bu prosesi bir az ləngitdi, ona görə proses yanvarın 28-dən başladı. Bir neçə günə, yəqin ki, bitər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO