Zaqatalada cümə namazını qılarkən halı pisləşən imam VƏFAT ETDİ 

Zaqatalada cümə namazını qılarkən halı pisləşən imam VƏFAT ETDİ 

Hazırda oxunan: Zaqatalada cümə namazını qılarkən halı pisləşən imam VƏFAT ETDİ 

118323

Bu gün Zaqatalanın Muğanlı kəndinin imamı gümə namazını qılandan sonra vəziyyəti anidən pisləşib. Ətrafdakılar ona ilkin tibbi yardım göstərib və təcili yardım çağırıblar. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Muğanlı kənd məscidinin imamı, 43 yaşlı Elşən Musayev yaxınlarının köməkliyi ilə ağır vəziyyətdə Zaqatala rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.  

Yerli sakinlərin sözlərinə görə Elşən Musayev bir neçə ildir kındin imamı işləyir. O, dini təhsilini Buxara şəhərində alıb və yüksək dini və islamı biliklərə malik olub.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO