TAİB Güney Azərbaycanla bağlı tədbir keçirdi – FOTO  

TAİB Güney Azərbaycanla bağlı tədbir keçirdi – FOTO  

Hazırda oxunan: TAİB Güney Azərbaycanla bağlı tədbir keçirdi – FOTO  

118272

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) mərkəzi ofisində 2 Fevral Gənclər Günü ilə bağlı “Güney Azərbaycan Milli Oyanış Hərəkatında gənclərin rolu və ziyalıların mövqeyi” mövzusunda tədbir keçirilib.  

Bizim.Media xəbər verir ki, tədbirdə TAİB rəhbərliyi, birliyin Qadınlar Şurası və Gənclər Təşkilatının üzvləri, Güney Azərbaycan Milli Oyanış Hərəkatının tanınmış simalarından olan, GünAz Tv-nin rəhbəri Əhməd Obalı, millət vəkili Elman Nəsirov, ictimai xadimlər, ziyalılar, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.  

TAİB sədri, akademik Südeif İmamverdiyev çıxışında əsası ümümmilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Azərbaycan gənclərinə verilən böyük dəyər olduğunu bildirib. 

GünAz TV-nin rəhbəri Əhməd Obalı Güney Azərbaycandakı hazırkı vəziyyətlə bağlı ətraflı məlumat verərək gənclərimizin regionda baş verən siyasi proseslərə biganə qalmadıqlarını, bunun da gələcəkdə uğurlu nəticələrə gətirib çıxaracağını bildirib. 

TAİB-in İdarə Heyətinin üzvü, millət vəkili Elman Nəsirov isə son günlər aparılan əməliyyatda tutulan İran agentlərinin say çoxluğuna diqqət çəkib. TAİB üzvü bildirib ki, bu şəbəkə ən çox gənclərə təsir etməyə çalışır. Təkcə gəncləri deyil, hər  kəsi diqqətli olmağa çağıran E. Nəsirov Güney Azərbaycan Milli Oyanış Hərəkatında gənclərin rolundan və ziyalıların mövqeyindən də söz açıb. 

Türkiyəli professor Abdullah Karaman, TAİB-in İdarə Heyətinin və gənclər təşkilatının üzvləri müstəqil Azərbaycanımızda həyata keçirilən uğurlu gənclər siyasətindən, faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən talan edilməsinə qarşı Xankəndi-Laçın yolunun Şuşadan keçən hissəsində etiraz aksiyası keçirən gənc eko-fəalların əzmkarlığından və eyni zamanda Güney Azərbaycanda formalaşmış tələbə-gənclər hərəkatından danışıblar.  
Tədbirin sonunda ictimai fəallığına görə 2 Fevral Gənclər Günü münasibətilə bir qrup fəal gənc təltif edilib.  






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO