Bakıda polis rəisinin qardaşı obyektə BASQIN ETDİ 

Bakıda polis rəisinin qardaşı obyektə BASQIN ETDİ 

Hazırda oxunan: Bakıda polis rəisinin qardaşı obyektə BASQIN ETDİ 

118246

Bakıda ofisə basqın edilib.

Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunun Ə.Rəcəbli küçəsində yerləşən ofislərin birində baş verib.

Dünən gecə saatlarında Samir Qarayev adlı şəxs idmançı dostu ilə birlikdə ofisə daxil olaraq obyekt sahibi Allahverdiyev Musa Allahverdi oğlunu döyüb.M. Allahverdiyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov rayonunun Ə.Rəcəbli küçəsində yerləşən ofislərin birində iki nəfərin obyekt sahibi M.Allahverdiyevi döyərək xəsarət yetirmələri barədə polis orqanına məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə hər iki şəxs - S.Qarayev və H.Məmmədzadə müəyyən olunaraq saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertiza təyin olunub.

Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO