2015-ci ildə Dövlət Sosial Müdafiə Fondunun öz saytı, “Elektron hökumət portalı”x9d və “Elektron ödəniş portal”x9d vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,7 milyondan çox istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü illə müqayisədə 2 dəfə çoxdur.
Vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində 2015-ci il ərzində Dövlət Sosial Müdafiə Fondunun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı 2014-cü illə müqayisədə 26 faiz azalıb.





























































































