“Məqsəd vəkillər üçün “zorən müştəri”x9d ordusu yaratmaqdır”x9d

“Məqsəd vəkillər üçün “zorən müştəri”x9d ordusu yaratmaqdır”x9d

Hazırda oxunan: “Məqsəd vəkillər üçün “zorən müştəri”x9d ordusu yaratmaqdır”x9d

118146
Bu gün Azərbycan Respublikasının prezidenti cənab İlham Əliyevin elektron poçtuna bir məktub göndərdim. Nəzərə alaraq ki, bu günədək yazdığım çoxsaylı ərizə, müraciət və təkliflərimə heç bir reaksiya verilməyib, ona görə də həmin məktubu sizlərin də diqqətinə çatdırmaq qərarına gəldim. Bəlkə prezidenti həqiqətən sevən və qorumaq istəyən adamlar bu məktubumu onun diqqətinə çatdıralar...

Hörmətli Prezident!

Müəyyən dairələrin, xüsusilə də, AR Vəkillər Kollegiyasının RH - nin sədri Azər Tağıyevin təşəbbüsü ilə, mülki və cinayət prosessual qanunvericiliyindən “nümayəndəlik institutu”x9dnun aradan qaldırılması və ya məhdudlaşdırılması istiqamətində cəhdlər edilir.
 
Aldığım məlumata görə, bu barədə qanunvericilik təşəbbüsü də var və qanun layihəsi artıq parlamentə təqdim edilib. Hətta komissiyalarda ilkin müzakirələr də keçirilib.

Cənab Prezident!

Məqsəd vəkillər üçün “məcburi bazar”x9d,  “zorən müştəri”x9d ordusu yaratmaqdır. Bütövlükdə isə, bu addım xalqımızın maraqları ziddinədir və rəqabət mühitini aradan qaldırır. 

Əvvəla, qanunda ediləcək bu dəyişiklik insanların seçim imkanlarını məhdudlaşdıracaq. 
Kimin hüquqi yardımından istifadə etmək, kimi özünə müdafiəçi, nümayəndə seçmək vətəndaşın şəxsi hüququdur. 
Bu niyyətlərini, guya AR Konstitusiyasının 61 - ci maddəsində nəzərdə tutulan “keyfiyyətli hüquqi yardım almaq hüququ”x9dnun təmin edilməsi məqsədilə pərdələmək istəyənlərin niyyətləri ilk baxışda ali görünsə də, əslində, olduqca zərərli nəticələr verəcəkdir. 

İkincisi,  indiki ağır iqtisadi durumda minlərlə hüquqşünas işsiz qalacaq, ailələrini dolandıra bilməyəcək və narazı kütlələrə qoşulmağa məcbur olacaqlar. 

Üçüncüsü, məhkəmələrdə, onsuz da ağır olan  iş yükü tam əsassız olaraq artacaq.

Dördüncüsü, imkansız vətəndaşlar ya müdafiə hüquqlarından istifadə edə bilməyəcəklər, ya da hakimlərin vaxtının çoxu adamlara vəkil - nümayəndə təyin etmək üçün qərardadlar yazmağa  sərf ediləcək.

Bu barədə çox arqument gətirmək olar. Düşünürəm ki, məni anlayışla qəbul edəcəksiniz.
Xahiş edirəm, bu ziyanlı  qanun layihəsinin geri çağırılması üçün öz səlahiyyətlərinizdən istifadə edəsiniz.
Göstərəcəyiniz diqqətə görə, öncədən minnətdarlığımı bildirirəm.

Hörmət və ehtiramla, hüquqşünas Q. C. Məmmədov.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO