Cəlilabadda təndirxana yandı, ətrafa da ziyan dəydi - YENİLƏNİB 

Cəlilabadda təndirxana yandı, ətrafa da ziyan dəydi - YENİLƏNİB 

Hazırda oxunan: Cəlilabadda təndirxana yandı, ətrafa da ziyan dəydi - YENİLƏNİB 

118110

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.  

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə Cəlilabad rayonunun Göytəpə şəhərində, 1963-cü il təvəllüdlü Nadir Şükürova məxsus təndirxanada qeydə alınıb.  

Belə ki, ümumi sahəsi 15 kvadratmetr olan təndirxananın yanar konstruksiyaları 10 kvadratmetr sahədə yanıb.  

Həmçinin yüksək temperaturdan yaxınlıqda onun qardaşı Rizvan Şükürova məxsus ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli evin 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

Yanğın Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası tərəfindən söndürülüb.  

Faktla bağlı araşdırma aparılır.  

18.59

Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 15 m² olan təndirxananın yanar konstruksiyaları 10 m² sahədə yanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN-in məlumatında bildirilib. 

Məlumata görə, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.  

Təndirxananın qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Elşən Feyzullayev.Bizim.Media, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO