“Bakı Dialoqları” jurnalının növbəti sayı nəşr edilib - FOTO

“Bakı Dialoqları” jurnalının növbəti sayı nəşr edilib - FOTO

Hazırda oxunan: “Bakı Dialoqları” jurnalının növbəti sayı nəşr edilib - FOTO

118092

ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun ingilisdilli rüblük nəşri olan “Bakı Dialoqları” (“Baku Dialogues”) jurnalının qış 2023 sayı nəşr edilib.

Bizim.Media xəbər verir ki, “Bakı Dialoqları”nın bu nəşri Azərbaycanda, Cənubi Qafqazda və İpək Yolu regionunda (“Avrasiya”) baş verən hadisələri izləyənlərin mütaliəsi üçün vacib mənbə olacaq.

Cari nəşrdə tanınmış ekspertlər, analitiklər və tədqiqatçılar tərəfindən yazılmış yeddi orijinal məqalə yer alıb.

Jurnalın səhifələrində oxucular Azərbaycanın müasir geostrateji istiqaməti ilə bağlı dərin təhlillər ilə tanış olmaq imkanı əldə edəcəklər.

Belə ki, oxucular ölkənin iki əsas ikitərəfli münasibətləri (İsrail və Fransa), İpək Yolu regionunda iki vacib inkişaf amili (Aİ-nin Şərq Tərəfdaşlığına yenidən baxması və Türkiyə qaz qovşağı), eləcə də iki mühüm daxili tendensiya (Qarabağa Böyük Qayıdış siyasətinin həyata keçirilməsində “ağıllı kənd” konsepsiyasının rolu və miqrasiya probleminin riskləri və ya qazancları) barədə məqalələri oxuya biləcəklər.
Jurnalda yayımlanan məqalələrə İsrailin Azərbaycandakı keçmiş səfiri Artur Lenkin müəllifi olduğu “Ərimiş Aysberq: İsrail və Azərbaycan arasında strateji əlaqələrin genişləndirilməsi”, İnkişaf və Diplomatiya İnstitutunun tədqiqatçısı Maksim Quenin “Fransa-Azərbaycan Münasibətləri: Reallıqlar və Anlaşılmazlıqlar” və Brüsseldə yerləşən müstəqil beyin mərkəzi olan Avropa Qonşuluq Şurasının direktoru Samuel Doveri Vesterbye tərəfindən yazılan “Aİ Xarici Siyasətini Yeniləmə vaxtıdır? Müharibə dövründə Aİ və İpək Yolu Regionu” məqalələri daxildir. 

Həm tam nəşrə, həm də nəşrə daxil olan məqalələrə ayrılıqda veb-səhifəmizdən daxil olmaq olar: bakudialogues.ada.edu.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO