Mirşahinin MTRŞ-ya qarşı iddiaları qismən təmin edildi

Mirşahinin MTRŞ-ya qarşı iddiaları qismən təmin edildi

Hazırda oxunan: Mirşahinin MTRŞ-ya qarşı iddiaları qismən təmin edildi

118081
Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı apellyasiya şikayətləri üzrə məhkəmə iclasları keçirilib.

Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclas sabaha təxirə salınıb.

Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə ANS-in müdafiəçisi Ramin Əliyev çıxış edib. O, məhkəmədən Səbail Rayon Məhkəməsində çıxarılan qərarın ləğv edilməsini istəyib. Məhkəmə Səbail Rayon Məhkəməsinin qərarını ləğv edib, apellyasiya şikayəti qismən təmin olunub. İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.
Günün sonuncu apellyasiya şikayəti üzrə məhkəmə iclasına hakim Qədim Babayevin sədrliyi ilə baxılıb.

Qərara əsasən, Səbail Rayon Məhkəməsinin qərarını ləğv edib, apellyasiya şikayətini qismən təmin olunub. İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nın çıxardığı və Şuranın sədri Nuşirəvan Məhərrəmovun imzaladığı 5 oktyabr 2015-ci il tarixli ”“ 09/3 saylı, 09/4 saylı, 09/6 saylı, 09/7 saylı və 13 oktyabr 2015-ci il tarixli 10/2 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. 

Məhkəmə həmin iddiaları təmin etməyib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev apellyasiya şikayətləri ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.(“Report”x9d)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO