Xəbər verdiyimiz kimi, ötən gün paytaxtda dəhşətli qətl törədilib.
Fevralın 2-də saat 01 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı 2009-cü il təvəllüdlü Günay Şadatova bıçaqlanıb.
Bizim.Media xəbər verir ki, İctimai Televiziya sözügedən cinayət hadisəsi ilə bağlı süjet hazırlayıb.
Süjetdə hadisənin bəzi detalları haqqında məlumat verilir.
Bildirilir ki, gecə saat 01 radələrində Əfsanə Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu şəxs evinə gəlib. Aralarında yaranan münaqişə zamanı həmin şəxs bıçaqla qadına ağır zərbələr yetirib.
Bundan sonra o, qadını qan içində buraxaraq evdən uzaqlaşıb. Həmin şəxs uşağı öldürəcəyini deyərək, yeniyetmənin arxasınca gedib. Uşaq Sabunçuda qohumlarının yanında olub. O, qohumlarının yanından uşağı götürərək, onu aparıb qətlə yetirib.
Öldürülən Günay Şadatova 2009-cü il təvəllüdlüdür.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.
Bidirilir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb. Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.
Bizim.Media