Paytaxtda 42 yaşlı kişini qatar vurub

Paytaxtda 42 yaşlı kişini qatar vurub

Hazırda oxunan: Paytaxtda 42 yaşlı kişini qatar vurub

117937

Bakıda yük qatarı 42 yaşlı kişini vuraraq öldürüb.

Bu barədə Bizim.Media-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. 

Qeyd edilir ki, bu gün saat 19:15-də “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarı Abşeron-Puta mənzilinin 32-ci km-də hərəkətdə olarkən Lökbatan qəsəbə sakini 1981-ci il təvəllüdlü Cavadov Zaur Ağababa oğlu qəflətən qatarın yoluna çıxıb. 
"Təəssüflə qeyd edirik ki, maşinist təcili tormozlama aparsa da, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb. Hazırda ADY nümayəndələri müvafiq hüquq mühafizə orqanları ilə birgə hadisə yerindədirlər. Hadisə aidiyyəti üzrə araşdırılır", - QSC-dən əlavə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO