Dinimizi döndəriblər olub, Multikultura. Paytaxtımızda bütün təriqət və məzhəblər bir yerdə namaz qılmağa təşviq edirlər. Vəhdətlik naminə zahirdə təqdirəlayiq görünsə də, könüllük (dində məcburiyyət yoxdur) prinsipinə ciddi əks təsir var. Bu kökü olmayan ağaca və ya dirəyə bənzəyir. Bir millətin mənəviyyatı olmasa deməli dirəyinin birindən məhrumdur, yəni milli kimlik çağdaşlıq və islam. Biz əsasən bu 3 sütun üzərində dayanırıq. Kimin xoşuna gəlmirsə özünə başqa bir ölkə və ya din seçə bilər. Amma biz əsasən islam dini üzərində mənəvi dəyərlərimizi qoruyub saxlayırıq. Dövlətin orta dirəyi isə dindir. Qıraq kiçik dirəklər (iqisadiyyat, siyasət) sınsa belə dövlət dağılmaz. Amma din dirəyə sınarsa dövlətdən əsər əlamət qalmaz. Bilmirəm bu xalqdan nə düzəltmək istəyirlər. Bu cür anoloqu olmayan siyasi gedişlər kimlərin xoşuna gəlmək üçündür, təxmin edirəm. Amma gəlin ən azından qonşu ölkələrin (Ermənmistan, Gürcüstan, Rusiya və İran) tarixlərinə, inkişaflarına, siyasi hərəkətlərinə diqqət edək, bütün hallarda Dinlərinə sahib duraraq, hesablaşaraq dövlətlərini qurmuşlar və mənəvi-dini dəyərlərini qoruyub saxlamışlar. Bizdə müxalif siyasi partiyalar və digər ictimai təşkilatların əksəriyyəti Dini ritualları yerinə yetirmək bir yana, hətta din haqqında danışılanda təhqir etməkdən belə çəkinmirlər və az qalırlar adamı döysünlər.
Diasporlarımız da xalqımıza yardım edə bilmirlər. Milli mənəvi dəyarlarıməızdan
kənarda qalıblar. Bu qurum da monopolyalaşıdığından millətin və dövlətin dərdinə
dəymirlər. Dövlətdən aldıqları pulları yeyib-içməyə, kef məslislərinə və şəxsi
məqsədləri üçün xərcləyirlər deyə onların sahəsində də milli mənəvi dəyərlərimiz
göydə qalıb. Milli
mənəvi dəyərlərimizə sahib durmasaq gələcəyimiz bərbaddır...
Tahir Abbaslı
İslam Demokrat
Partiyasının sədri































































































