Çevik Polis Alayına komandir təyin edildi

Çevik Polis Alayına komandir təyin edildi

Hazırda oxunan: Çevik Polis Alayına komandir təyin edildi

117881

Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına (ÇPA) komandir təyin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovniki Ramil Piriyev təyinat alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev APA-ya məlumatı təsdiq edib.
Qeyd edək ki, Əlahiddə Çevik Polis Alayının sabiq komandiri, polis general-mayoru Səhlab Bağırov bir neçə gün əvvəl vəzifəsindən azad edilib. O, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO