Media eksperti Qulu Məhərrəmli Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS TV-də yayımlanan "Hesabat" verilişinin efirə getməsini dayandırması və daha sonra qərarını dəyişməsinə münasibət bildirib.xa0
xa0Qulu Məhərrəmlixa0qeyd edib ki, “Hesabat”x9d verilişinin yayımının davam etdirilməsi müsbətxa0xa0haldır:xa0
“Kimin haqlı olduğunu araşdırmağa başlasaq, çox dərinliyə gedib çıxacağıq. Bir televiziya adamı olaraq ANS-in populyar verilişlərindən birinin yayımının bərpa olunması mənim üçün önəmlidir. “Hesabat”x9dın yayımını davam etdirməsi müsbət hadisədir. Gələcəkdə həm televiziya diqqətli olmalıdır, həm də MTRŞ qərar qəbul etməzdən əvvəl düşünməlidir. Önəmli olan MTRŞ ilə ANS arasındakı xa0münasibətlərin normal məcraya yönəlməsidir. Onların işgüzar əməkdaşlığı olmalıdır. Aralarındakı gərginliyin artması yaxşı heç nə vəd etmir. Bizim üçün önəmli nəticə “Hesabat”x9dın yayımlanmasıdır. Hazırda ictimai-siyasi verilişlərdə qeyri-peşəkarlıq və məhdudiyyət var. xa0Bu verilişin bağlanması xa0mənzərəni daha da tündləşdirərdi. xa0Verilişin davam etməsi yaxşı hadisədir”x9d
Qeyd edək ki, ötən gün keçirilən mətbuat konfransında MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli bildirib ki, telekanal rəhbərliyinin səmimi etirafını nəzərə alaraq, "Hesabat" verilişinin yayımının bərpa olunması haqda qərar qəbul ediblər.
MTRŞ-nın qərarı ilə bağlı saytımıza açıqlama verən ANS Şirkətlər Qrupunun prezidentinin media məsələləri üzrə müşaviri Mais Məmmədov bildirib ki, qərar dəyişikliyinə Nuşirəvan Məhərrəmli aydınlıq gətirməlidir: "Nuşirəvan Məhərrəmliyə zəng edib soruşun ki, niyə verilişin yayımının dayandırılması barədə verdiyi əmri geri çəkdi? Mən bu haqda nə deyə bilərəm? Şükür Allaha ki, bizdə demokratiya var. Veriliş bağlandığı kimi açıldı. Biz nə etmişik? Xalq düşməniyik, ya partlayış törədirik? Jurnalistik və yazırıq. Mən bilən o quruma rəhbərlik edən adam jurnalistikaya uzaqdır. Mənim fikrim belədir".(musavat.comxa0)


































































































