Bakıda üzərində tapança gəzdirən keçmiş məhkum TUTULDU - FOTO

Bakıda üzərində tapança gəzdirən keçmiş məhkum TUTULDU - FOTO

Hazırda oxunan: Bakıda üzərində tapança gəzdirən keçmiş məhkum TUTULDU - FOTO

117626

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxsi saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Abdulov tutularaq polis bölməsinə gətirilib.

Onun üzərinə baxış zamanı “Makarov” markalı tapança, həmin silaha məxsus 3 patron və daraq aşkarlanaraq götürülüb.
Fuad Abdulov odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək üzərində gəzdirdiyini bildirib.

Toplanan materiallar Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO