Gəncədə avtoxuliqanlıq edən şəxs həbs olundu - FOTO

Gəncədə avtoxuliqanlıq edən şəxs həbs olundu - FOTO

Hazırda oxunan: Gəncədə avtoxuliqanlıq edən şəxs həbs olundu - FOTO

117617

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edən sürücünü saxlayıb.

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupuna istinadən məlumat verir ki, Veys Abdullayev idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq etmiş və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub. 

Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə sürücü 15 sutka inzibati qaydada həbs edilib. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO