Sabiq deputat Rafael Cəbrayılovun ölkədən çıxışına məhdudiyyət qoyulur.
Bizim.Media xəbər verir ki, bununla bağlı fevralın 17-də Abşeron Rayon Məhkəməsində proses keçiriləcək.
MÖVZU İLƏ BAĞLI:
Sabiq deputatın evi qarət olundu - Antikvar əşyalar aparıldı
Məhkəmənin keçmiş deputatın əleyhinə qərar verəcəyi şübhəsizdir. Çünki bundan əvvəl Rafael Cəbrayılov icra tələbini yerinə yetirmədiyinə görə 1000 manat cərimə olunub. Keçmiş deputat bu cəriməni də ödəməyib.
Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc pul alıb. Sonradan müxtəlif bəhanələrlə borcunu qaytarmayıb. Borclular məhkəməyə müraciət edib.
Məhkəmə onların şikayətini təmin edib və iş icraata yönəldilib. Lakin Rafael Cəbrayılov icra tələbini yerinə yetirməyib. Keçmiş deputata bir neçə dəfə xəbərdarlıq edilsə də, o, buna məhəl qoymayıb.
Nəticədə Rafael Cəbrayılova qarşı konkret hüquqi addımlar atılmağa başlanılıb.
Borclular eyni zamanda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. Bildirilir ki, keçmiş deputatın barəsində cinayət işi başlanıb. ("Qaynarinfo")
Bizim.Media