Son bir ildə neçə uşaq övladlığa götürülüb?

Son bir ildə neçə uşaq övladlığa götürülüb?

Hazırda oxunan: Son bir ildə neçə uşaq övladlığa götürülüb?

117574

Keçən il 110-u oğlan, 105-i qız olmaqla 215 uşaq övladlığa götürülüb.

Bu barədə Bizim.Media Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir.

Qeyd olunub ki, onlardan 136-sı 3 yaşadək, 67-si 4-11 yaş, 12-i 12-18 yaş aralığında olanlardır. Son bir ildə həmçinin sosial xidmət müəssisələrindən 120 uşaq öz bioloji ailəsinə reinteqrasiya edilib. Onlardan 53-ü qız, 67-i oğlandır.
Övladlığa götürülən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilməsi üçün uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə monitorinqlər həyata keçirilir.

Ötən il də bu istiqamətdə 1 337 monitorinq aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə nazirliyə həvalə olunub.

Ötən dövrdə bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib və övladlığagötürmə prosesinin də e-sistem üzərindən həyata keçirilməsinə başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO