Şabranda şəhid Fəthulla Siracov yad edildi - FOTO

Şabranda şəhid Fəthulla Siracov yad edildi - FOTO

Hazırda oxunan: Şabranda şəhid Fəthulla Siracov yad edildi - FOTO

117426

"Fəthulla ailəmizin son beşiyi, 3 bacının yeganə qardaşı idi. Vətən Müharibəsində iştirak edib, igidliklə vuruşub. Müharibədən sonra xidmət etdiyi hərbi hissə Kəlbəcərin azad olunmuş ərazilərilərinə-Göyçə istiqamətinə göndərilmişdi. Oğlum da orda qulluq edirdi".

Bu sözləri bu gün torpağa tapşırılmasından iki il ötən şəhid Fəthullanın atası, Şabranın Gəndab kənd sakini Qasım Siracov Bizim.Media-ya səsləndirib.

Onun sözlərinə görə, 2021-ci il yanvar ayının 10-da oğlu Fəthullanın sağlıq durumunun pis olduğunu, bir müddət sonra isə ölüm xəbərini eşidib. Ata bildirir ki, oğlu Vətən Müharibəsindən bir neçə gün sonra-2020-ci il oktyabr ayının 1-də ordudan tərxis olunacaqdı. Vətən savaşının başlaması əsgər Fəthullanın da yolunu evə yox, müharibəyə saldı.

Ölümündən sonra oğluna şəhid statusu verildiyini qeyd edən Qasım Siracov ağır olsa da, yeganə oğul övladını Vətən yolunda qurban verməkdən qürur duyduğunu dedi.
Bu gün gəndablı fəallar, qazilər və yerli rəsmilər Gəndab kəndində salınmış Şəhidlər Bağında şəhid Fəthullanı hörmətlə anıblar. Birinci Qarabağ Müharibəsi veteranı Rəşad Heydərovun Bizim.Media-ya verdiyi məlumata görə, anım mərasimində bütün şəhidlərimizin xatirəsi yad edilib. 

Bu gün İkinci Şəhidlər Xiyabanında dəfn edilən İranda qətlə yetirilmiş səfirlik əməkdaşı Orxan Əsgərovun xatirəsi də bir dəqiqəlik sükutla anılıb.

Şəhid Fəthulla Siracovun anım mərasimində Şabran icra hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyəti nümayəndələri, şəhid ailələri iştirak edib, məzarı ziyarət edilib.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO