İrəvanda fevralın 13-də 4,7 bal gücündə zəlzələ olub.
Bizim.Media xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda baş verən zəlzələ Azərbaycanda hiss olundu
Mənbə yazır ki, yeraltı təkanlar yerli vaxtla saat 15.28-də baş verib. Zəlzələ bir neçə saniyə davam edib. Şəhərin müxtəlif hissələrindəki çoxmərtəbəli binaların sakinləri vahimələnərək küçəyə çıxıb.
Yeraltı təkanların ocağı 2 km dərinlikdə yerləşib. Zələlə ocağı paytaxtdan 12 km uzaqda olub.
Silkələnmə Naxçıvan Muxtar Respublikasında da 4-3 bala qədər hiss olunub.
Bizim.Media