Qubada 2 sürücü saxlanıldı - SƏBƏB

Qubada 2 sürücü saxlanıldı - SƏBƏB

Hazırda oxunan: Qubada 2 sürücü saxlanıldı - SƏBƏB

117260

Qubada 2 nəfər sürücü narkotikin təsiri altında avtomobil idarə edərkən saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "VAZ-2107” markalı nəqliyyat vasitəsinin sürücüsü Laçın Manafov və "NİVA" markalı avtomobilin sürücüsü Emin Daşdəmirov yol hərəkəti qaydalarını kobud şəkildə pozduqlarına görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıblar.

Polis əməkdaşları tərəfindən sürücülərin narkotik vasitənin təsiri altında olmalarına dair əsaslı şübhələr olduğundan hər iki şəxs tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən həmin şəxslərin narkotik vasitənin təsiri altında olmaları sübuta yetirilib. Hər ikisinin barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO