AQTA nümayəndə heyəti Rusiyada işgüzar səfərdə oldu - FOTO 

AQTA nümayəndə heyəti Rusiyada işgüzar səfərdə oldu - FOTO 

Hazırda oxunan: AQTA nümayəndə heyəti Rusiyada işgüzar səfərdə oldu - FOTO 

117227

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Rusiyada işgüzar səfərdə olub.

Bizim.Media xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, səfərdə ölkə ərazisində feromon və rəngli tələlərin müştərək istehsalı müəssisəsinin işə salınmasına dair əldə edilmiş razılaşmalar çərçivəsində AQTA nümayəndə heyəti Moskvada “Rosselxoznadzor”un tabeliyində fəaliyyət göstərən Ümumrusiya Bitki Karantini Mərkəzinin (FGBU VNİİKR) bioloji bitki mühafizə vasitələrinin istehsalı müəssisəsində olub.
Görüş zamanı AQTA nümayəndələri Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) və Ümumrusiya Bitki Karantini Mərkəzinin nümayəndələri ilə istehsal prosesinin təşkilinə dair texniki tələbləri, hazır bioməhsulların logistik xüsusiyyətlərini və saxlanma şəraitini müzakirə ediblər.

AQTA və AQTİ-nin nümayəndə heyəti səfər çərçivəsində həmçinin arı ailələrinin yetişdirilməsi ilə bağlı laboratoriyada da olublar.

Qeyd edək ki, bu il Azərbaycanla Rusiyanın feromon tələlərin birgə istehsalına başlanılması planlaşdırılır. Bu, “Rosselxoznadzor”un tabeliyində fəaliyyət göstərən Ümumrusiya Bitki Karantini Mərkəzinin (FGBU VNIIKR) istehsal müəssisələrinin Rusiya Federasiyasından kənarda fəaliyyət göstərən ilk nümunəsi olacaq.

Nümayəndə heyətləri görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Xatırladaq ki, Ümumrusiya Bitki Karantini Mərkəzinin rəsmi saytında da keçirilən görüşlər və birgə fəaliyyətlə bağlı məlumatlar yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO